Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

...2 508 yeni yoluxma faktı qeydə alınıb, 4 076 nəfər müalicə olunaraq sağalıb

Bakı , Gülnarә Quliyeva, İnteraz - 10 Sentyabr 2021, 18:32

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 508 yeni yoluxma faktı qeydə alınıb, 4 076 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 455 044 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 401 300 nəfər müalicə olunaraq sağalıb, 6 031 nəfər vəfat edib, aktiv xəstə sayı 47 713 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 672, ötən müddət ərzində isə ümumilikdə 4 623 245 test aparılıb.

 

sss