Şəhidin bank kartından 4000 manata yaxın pul oğurlayan şəxs tutulub

Şəhidin adına olan bank kartından pul oğurlanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 28 Iyul 2021, 12:02

Şəhidin adına olan bank kartından pul oğurlanıb.

 

DİN-in mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, iyulun 26-da Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

 

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.

 

Araşdırma aparılır.

sss