Xəbərdarlıq: Güclü külək əsəcək, yağış yağacaq, bəzi çaylarda sel gözlənilir

İyulun 7-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 05 Iyul 2021, 14:04

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

 

İnterAz xəbər verir ki, xəbərdarlıqda deyilir:

 

"İyulun 7-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. İyulun 7-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

 

Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı olunur".

sss