KİV: Azərbaycan iki iranlı sürücünü azad edib

Azərbaycan Respublikası Qarabağa qeyri-qanuni daxil olan iki iranlı sürücünü azad edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2021, 20:18

Azərbaycan Respublikası Qarabağa qeyri-qanuni daxil olan iki iranlı sürücünü azad edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Blomberg məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycan Respublikasının aidiyyatı qurumları bu gün iki iranlı sürücünü azad ediblər.

 

Əlavə edilib ki, bu addım, iki ölkənin xarici işlər nazirlərinin apardığı danışıqlardan bir gün sonra atılıb.

 

Məlumata görə tərəflər iki ölkə arasında gərginliyi aradan qaldırmaq istəyirlər.

sss