Azərbaycanın Quru Qoşunlarının komandanı Türkiyəyə gedib

...General Ə.Əfəndiyev İstanbulda keçirilən "Avrasiya sülhü - 2021" təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək

Bakı , Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2021, 16:30

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

General Ə.Əfəndiyev İstanbulda keçirilən "Avrasiya sülhü - 2021" təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.

sss