Müdafiə Nazirliyi Seyfəli poliqonunda baş verən partlayışların səbəbini açıqlayıb

...Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur

Bakı , Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2021, 15:28

"Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir".

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib.

 

Qeyd edək ki, minaların utilizasiyası zamanı partlayış səsləri Gəncə şəhərində də eşidilib.

sss