Ceyhun Bayramov Minskə yola düşüb

...Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun MDB XİNŞ-nin növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur

Bakı , Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2021, 15:08

Oktyabrın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.

 

Bu barədə İnterAz-a Nazirliyin Mətbuat xidməti idarəsindən məlumat verilib.

 

Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun MDB XİNŞ-nin növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

sss