Müdafiə naziri Zakir Həsənov Türkiyəyə gedib

Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə yola düşüb...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2021, 14:09

Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.

sss