Əli Kərimli: Saleh Rüstəmlinin həbsdə saxlanması özü ən böyük qanun pozuntusudur

...ancaq hər halda həyatı ilə bağlı narahatlığımız aradan qalxdı

Bakı , Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2021, 11:47

Siyasi məhbus, Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmlinin səhhətilə bağlı vəziyyətə aydınlıq gətirilib. Dəstək olan dostların hamısına təşəkkür edirəm. Saleh bəyə imkan yaradılıb, vəkilinə zəng edib. Saleh bəy bildirib ki, COVID-19 testi götürülüb və neqativ çıxıb. Həkimlər Saleh bəyi müayinə ediblər. Hesab edirlər ki, Saleh bəy qripdir. Saleh bəyə müvafiq müalicə edilir. 

 

İnterAz xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli öz facebook səhifəsində yazıb.

 

Hərçənd ki, Saleh Rüstəmlinin həbsdə saxlanması özü ən böyük qanun pozuntusudur, ancaq hər halda həyatı ilə bağlı narahatlığımız aradan qalxdı.

 

İndi hamımızın diqqəti Əlizamin Salayevə yönəlməlidir.

 

AXCP fəalı, namus məhbusu Əlizamin Salayev 8 sentyabrdan cərimə kamerasına (karsa) salınıb. Hətta ona işgəncə verilməsi haqda xəbərlər də var. 5 gündür ki, Penitensiar Xidmət Əlizamin bəylə bağlı heç bir açıqlama vermir. Əlizamin bəylə hər hansı əlaqəyə imkan verilməyib. Əlizamin bəyin başına gələnlərdən narahatıq.

 

Xalq olaraq hamılıqla hökumətdən Əlizamin bəyə görə izahat istəməliyik. 

 

Bizim sözümüzü söylədiyi, hüquqlarımızı qoruduğu üçün məhbəsə atılmış siyasi məhbuslara xalq olaraq hamılıqla sahib çıxmalıyıq ki, sabah da bu xalqın sözünü deyən, haqqını uca səslə tələb edən insanlarımız çox olsun. 

 

Əlizamin bəydən əl çəkin, siyasi məhbusların hamısını azad edin!

 

sss