Azərbaycanda benzinin qiyməti bahalaşıb

...Sentyabr ayının 15-dən etibarən “A-98 SUPER” və “A-95 PREMİUM” markalı yanacaq növlərinin qiymətində artım baş verib

Bakı , Gülnarә Quliyeva, İnteraz - 15 Sentyabr 2021, 09:42

Sentyabr ayının 15-dən etibarən “A-98 SUPER” və “A-95 PREMİUM” markalı yanacaq növlərinin qiymətində artım baş verib.

 

“SOCAR-Petroleum”dan İnterAz-a verilən məlumata görə, beləliklə, hazırda “A-98” 1,90 manata, “A-95” isə 1,60 manata satılır.

 

“Mənbə ölkədə qiymət artımı ilə əlaqədar olaraq ölkəyə idxal olunan “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin qiymətində artım baş verib”, - şirkətdən bildirilib.

 

Qeyd edək ki, bundan öncə “A-95 PREMİUM”un 1 litrinin qiyməti 1,45 manat, “A-98 SUPER” markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi.

 

sss