Kapital Bank ilin ikinci rübünün nəticələrini elan edib

...bankın aktivləri 1 iyul tarixinə 5,7 milyard manat təşkil edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Iyul 2021, 12:23

Kapital Bank 2021-ci ilin ikinci rübünün nəticələrini elan edib.

 

İnterAz xəbər verir ki, bankın aktivləri 1 iyul tarixinə 5,7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,3 milyard manat olub.

 

Bankda müştəri depozitlərinin həcmi 1 iyula qədər 4,4 milyard manat olub.

 

Bankın tutulmalardan sonra məcmu kapitalı 588 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

 

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

sss